“Elektron
ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və
vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülmüşdür.
Bununla bağlı vətəndaşların nəzərinə çatdırırıq ki:
ADİ ipoteka
kreditləri üzrə müraciətlərin qəbulu:
Ø
01.02.2023-cü il tarixində saat 10:00-dan;
GÜZƏŞTLİ ipoteka
kreditləri üzrə müraciətlərin qəbulu isə:
Ø 02.02.2023-cü
il tarixində saat 10:00-dan başlayacaqdır.
İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli
ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları
Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.