İpoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 24 yanvar 2023-cü il tarixinə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi qısa müddətə təxirə salınmışdır.
İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəkdir.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.