22.12.2022

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 45 mln. manatlıq emissiyası yerləşdiriləcək

26 dekabr 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 45 000.000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının Emissiya prospekti 21 dekabr 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 45 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.