14.10.2022

İKZF-nin istiqrazlarının 100 mln. manatlıq emissiyasının ilk tranşı yerləşdirilmişdir

14 oktyabr 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 40,000,000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 1 000.00 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilmişdir.

Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 19 sentyabr 2022-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 100,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilmişdir.