Sentyabrın 29-30-da
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) təşkilatçılığı və Medianın İnkişafı
Agentliyinin dəstəyilə jurnalistlər üçün “Azərbaycanda
dövlət tərəfindən həyata
keçirilən yaşayış maliyyəsi və kredit
zəmanət mexanizmləri” mövzusunda təlim keçirilib.
Əhalinin mənzil təminatı, habelə sahibkarlığa dəstək sahəsində dövlət siyasətinin ictimaiyyətə daha geniş çatdırılması, ölkədə aparılan media islahatlarına dəstək, eyni zamanda İKZF və media subyektləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə keçirilən təlimdə iqtisadi mövzuların işıqlandırılmasında ixtisaslaşmış 20 jurnalist iştirak edib.
Tədbirdə “Media subyektlərində
ixtisaslaşma və onun üstünlükləri”, “Azərbaycanda ipoteka kreditləşməsi
mexanizmi”, “Yaşayış sahələrinin
satmaq öhdəliyi ilə kirayəyə verilməsi”, “Sahibkarlar tərəfindən manatla alınan
kreditlərə zəmanət və subsidiya verilməsi”,
“Elektron ipoteka və kredit zəmanət sistemi: şəffaflıq və əlçatanlıq” mövzularında
təqdimatlar edilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Sonda media nümayəndələrinə təlimdə iştirak
haqqında sertifikatlar təqdim edilib.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.