23 sentyabr 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 25,000,000 manat həcmində sənədsiz adlı, faizli təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 007.6736 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilib.
Mərkəzi Bank
tərəfindən “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz,
faizli təmin edilməmiş istiqrazlarının Baza emissiya prospekti 15 aprel 2022-ci il tarixində
qeydə alınıb. Emissiyanın ümumi həcmi 100,000,000 AZN, bir
istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3.25% təşkil
edir.
Baza emissiya
prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası”
QSC vasitəsi ilə keçirilib.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.