8 senytabr 2022-ci
il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 25 000.000 manat
həcmində adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
İstiqrazlar 1 006.3194 manat qiyməti ilə satışa çıxarılacaq.
Azərbaycan Respublikası Mərkəzi Bankı
tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz,
faizli təmin edilməmiş istiqrazlarının Baza emissiya prospekti 15 aprel 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN,
bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə
kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək.
Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.