30 iyun 2022-ci il
tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 25,000,000 manat həcmində sənədsiz adlı, faizli təmin edilməmiş
istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə
yerləşdirilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit
Zəmanət Fondunun adlı, sənədsiz,
faizli təmin edilməmiş istiqrazlarının Baza emissiya prospekti 15 aprel 2022-ci il tarixində
qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 100,000,000 AZN təşkil edir, bir
istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3.25% təşkil
edir.
Baza emissiya
prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası”
QSC vasitəsi ilə keçirilmişdir.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.