31.05.2022

İKZF-nin istiqrazlarının 65 mln. manatlıq emissiyasının növbəti tranşı yeləşdiriləcək

2 iyun 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 15,000 000 manat həcmində adlı, sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. İstiqrazlar 1 004.0833 manat qiyməti ilə satışa çıxarılacaqdır.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 1 aprel 2022-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 65,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.