12.04.2022

İKZF-nin ipoteka istiqrazlarının 65 mln. manatlıq emissiyasının ilk tranşı yerləşdiriləcək

14 aprel 2022-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50,000 000 manat həcmində adlı, sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 01 aprel 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 65,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.