Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 25
dekabr tarixli 1760 nömrəli
Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı
məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma predmeti azqiymətli və təsərrüfat
mallarıdır. Satın alınan mallar öz obyektiv texniki
və keyfiyyət göstəricilərinə uyğun olmalıdır. Satınalma müqaviləsi Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş
“Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun
olaraq yazılı formada bağlanacaqdır. Satınalma
müqaviləsinin icra müddəti 3
ay ərzində həyata keçiriləcəkdir. Mallar qaimə-faktura əsasında təhvil
verildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçiriləcəkdir. Göndərilən mallar tenderin əsas şərtlər toplusunda nəzərdə
tutulmuş keyfiyyət xüsusiyyətlərinə, habelə malların mənşə
ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya)
standartlara uyğun olmalıdır.
Satınalma
ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və
sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi
elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə
təşkil ediləcəkdir. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların
özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə
əlaqə saxlanılacaqdır.
Malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
- öz
əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə
qabiliyyəti olması;
- müflis
elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun
olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs
olmaması;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud olmaması (müvafiq dövlət qurumlarından
alınır);
- satınalma
prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini
idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma
müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə
əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə
fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
- müvafiq
sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin
yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Elektron
satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas
götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər
meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Tender
təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
1.
Qiymət amili – 80 bal;
2.
Zəruri texniki və keyfiyyət xüsusiyyətləri – 20 bal, o cümlədən malların
keyfiyyəti 10 bal, mallar üzrə şərtlər 10 bal.
Təkliflərin
qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir:
məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər
malgöndərənlərin maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət
təklifi həmin malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən
edilir. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən
malgöndərənə müvafiq meyar üzrə maksimum bal verilir.
Təklifin qiymətinə bütün xərclər (o
cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət
təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin
(podratçıların) minimal sayı 3 olmalıdır.
Elektron satınalmaya buraxılış və qoşulma
qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet
portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak haqqının
məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender
və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə
keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə
Qaydası” ilə tənzimlənir. İştirak
haqqı 100 manat təşkil edir və heç bir halda geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 3 mart 2022-ci il 10.30-dək dövlət
satınalmalarının vahid internet portalında yerləşdirilməlidir:
- Tenderdə
iştirak etmək üçün ərizə;
- iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında
şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;
- Tender
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- İddiaçının
iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- İddiaçının
son bir ildəki (əgər daha az müddət fəaliyyət
göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank
tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı
keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı
müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının
mövcud olmaması barədə müvafiq icra hakimiyyəti
orqanından arayışlar;
- İddiaçının
mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar
göstəricilərini əks edən məlumatlar;
- İddiaçının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri
meyarlarına uyğun gəlməsi barədə iltizam və ya müvafiq halları təsdiq edən
sənədlər.
Elektron
satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu
Azərbaycan dilində olmalıdır. Təkliflər
və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti 14 mart 2022-ci il saat 18.00-dək dövlət satınalmalarının vahid internet
portalında yerləşdirilməli, təklifin təminatının əsli qapalı zərfdə üzərində
hansı satınalmada iştirak üçün verilməsi və “Satınalma təklifinin bank
zəmanəti” ifadəsi qeyd olunmaqla Satınalan təşkilatın Bakı şəhəri, Bülbül
prospekti 40 ünvanında yerləşən inzibati binasına təqdim edilməlidir. Hər bir
iddiaçı tender üzrə yalnız bir təklif verə bilər. Tender təklifləri Azərbaycan
dilində təqdim edilməlidir. Tender təklifində onun hansı tender üzrə olduğu,
tender təklifinin qüvvədə olma müddəti və tender təklifinin tarixi (sənədin
tarixi) qeyd olunmalıdır.
Elektron satınalma 15
mart 2022-ci il tarixində saat 10.30-da
dövlət satınalmalarının vahid internet portalında açılacaqdır.
Elektron satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını
məxfi saxlayacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu
il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə görə
satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün
elektron qaydada Satınalmalar komissiyasına göndərilir. Satınalmalar
komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır
və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı həmin gün gücləndirilmiş
elektron imza vasitəsilə imzalayır və portalda yerləşdirir. Tenderin nəticələri
haqqında yekun protokol Satınalmalar komissiyanın bütün üzvləri tərəfindən gücləndirilmiş
elektron imza vasitəsilə imzalandıqdan sonra dövlət satınalmalarının vahid
internet portalı vasitəsilə aidiyyəti üzrə göndərilir.
“Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ
hüquqi aktlara istinadlar və bu sənədləri dövlət satınalmalarının vahid
internet portalının qanunvericilik hissəsindən (https://etender.gov.az/laws) və
ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid
internet elektron bazasından http://e-qanun.az/ əldə etmək olar.
Malgöndərənlərlə
(podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat
mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı Təchizat departamenti direktorunun
müavini-Təsərrüfat şöbəsinin rəisi Fərid Əsgərov, iş telefonu və faks
nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77; Təchizat departamentinin Təsərrüfat
şöbəsinin aparıcı mütəxəssisi Namik Əliyev, iş telefonu və faks nömrəsi:
(+99412) 441-24-23 (daxili 121), Faks: (+99412) 598-11-77. Bakı şəhəri, Bülbül
prospekti 40 (Fondun ünvanı).
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə
düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Fondun satınalmalar
üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı
formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar
təsdiqinin prosedurları müəyyən edilmir.
Fond tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni mallar təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir. Tender yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçiriləcəkdir.
Satınalmalar Komissiyası