29 mart 2022-ci il
tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20,000,000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka
istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat
qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilib.
Mərkəzi Bank
tərəfindən “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun sənədsiz adlı,
faizli ipoteka istiqrazlarının Emissiya prospekti 17 mart 2022-ci il tarixində qeydə alınıb.
Emissiyanın ümumi həcmi 20,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000
AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Emissiya prospektinə
əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi
ilə keçirilib.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.