31.07.2009

Azərbaycan İpoteka Fondunun Mətbuat Xidmətinin məlumatı

Azərbaycan İpoteka Fondunun Mətbuat xidməti bildirir ki, artıq ölkədə ipoteka kreditləşməsinin bərpasından keçən iki ay ərzində müvəkkil kredit təşkilatları tərəfindən adi ipoteka krediti almaq üçün 1200-dən artıq, güzəştli ipoteka krediti almaq üçün isə 150-yə yaxın vətəndaşın rəsmi müraciət ərizələri qəbul edilmişdir. Daxil olmuş müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 51 mln.manatdan çoxdur. Qeyd etmək lazımdır ki, bu məbləğin 5 mln.manata yaxını güzəştli ipoteka krediti almaq istəyən vətəndaşların müraciətləridir.

Bu müddət ərzindən müraciət edən vətəndaşların 400-dən çoxu  artıq ipoteka kreditlərindən faydalanmışdır. Verilmiş kreditlərin ümumi həcmi isə 17 mln.manatdan artıq olmuşdur. Yalnız iyul ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi 16 mln.manatı keçmişdir.