28 fevral 2022-ci il
tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20,000 000 manat
həcmində adlı, sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının
yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 006.3333 manat qiyməti
ilə satışa çıxarılacaq.
Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit
Zəmanət Fondunun adlı, sənədsiz,
faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 10 noyabr 2021-ci il tarixində qeydə alınıb.
Emissiyanın ümumi həcmi 100,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000
AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya
prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası”
QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli
Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.