Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış
Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə
44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39,
23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26
saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin satışı 30 mart 2022-ci
il tarixində saat 11:00-da başlayacaq və 08 aprel 2022-ci il tarixi saat
11:00-dək davam edəcəkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 04 aprel
2022-ci il tarixində saat 11:00-da başlayacaq və 08 aprel 2022-ci il tarixi
saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr
2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət”
portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil”
sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə
sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib
olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı
olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. “Güzəştli Mənzil”
sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və
video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet
saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan
mənzillər barədə ümumi məlumat:
Satışa ümumilikdə 442 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli,
mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və
elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.Satışa ümumilikdə
144 mənzil çıxarılır.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına
(AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin
29.11.2018-ci il tarixli 26396, 07.12.2018-ci il tarixli 26436 nömrəli müsbət rəyləri
mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən
mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında
daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Satışa çıxarılacaq mənzillər:
Bina № |
Binanın yerləşdiyi tikinti sahəsi (m²) |
Binada mərtəbə sayı |
Binaya giriş sayı |
Mənzillərin otaqlarının sayı |
Mənzillərin sayı |
Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) |
Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma
tarixi |
4 |
832,9 |
9 |
2 |
1 |
16 |
34,97 - 35,57 |
43,02 |
“Chinar İnshaat” MMC (“Caspian Service” MMC
konsorsium) / Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev
3, mənzil 18 |
03.10.2020 |
2 |
32 |
56,78 - 56,84 |
68,34 - 68,57 |
||||||
3 |
16 |
74,78 |
87,06 |
||||||
6 |
586,72 |
12 |
1 |
3 |
44 |
75,88 - 76,94 |
89,54 - 90,96 |
“Chinar İnshaat” MMC (“Caspian Service” MMC
konsorsium) / Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev
3, mənzil 18 |
03.10.2020 |
18 |
586,72 |
12 |
1 |
3 |
44 |
75,88 - 76,94 |
89,54 - 90,96 |
“HN Construction” MMC / Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev
185, mənzil 14 |
14.09.2020 |
21 |
591,77 |
12 |
1 |
3 |
44 |
75,88 - 76,94 |
89,54 - 90,96 |
“Hünər-İnşaat” Firması / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97,
mənzil 63 |
02.10.2020 |
22 |
832,9 |
9 |
2 |
1 |
12 |
35,57 |
43,02 |
“Hünər-İnşaat” Firması / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97,
mənzil 63 |
02.10.2020 |
2 |
23 |
56,78 - 56,84 |
68,34 - 68,57 |
||||||
3 |
4 |
74,78 |
87,06 |
||||||
23 |
765,4 |
9 |
2 |
2 |
18 |
56,86 |
68,56 - 68,58 |
“Hünər-İnşaat” Firması / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97,
mənzil 63 |
02.10.2020 |
3 |
17 |
72,72 - 72,74 |
87,78 |
||||||
4 |
4 |
96,6 |
110,87 |
||||||
24 |
565,92 |
12 |
1 |
3 |
24 |
75,88 - 76,94 |
89,54 - 90,96 |
“Faktor Qrup-S” MMC / Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti,
ev 189 |
02.10.2020 |
25 |
781,84 |
9 |
2 |
studio |
18 |
34,97 - 35,57 |
43,10 |
“Faktor Qrup-S” MMC / Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti,
ev 189 |
02.10.2020 |
2 |
36 |
56,78 - 56,84 |
68,34 - 68,71 |
||||||
3 |
18 |
74,78 |
87,06 |
||||||
26 |
781,84 |
9 |
2 |
studio |
18 |
34,97 - 35,57 |
43,10 |
“Faktor Qrup-S” MMC / Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti,
ev 189 |
02.10.2020 |
2 |
36 |
56,78 - 56,84 |
68,34 - 68,71 |
||||||
3 |
18 |
74,78 |
87,06 |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin
satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş
üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının
Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların
güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin
ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq
elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Studio tipli mənzillərin qiyməti –
33 222 manatdan başlayır,
1 otaqlı mənzillərin qiyməti – 33
222 manatdan başlayır,
2 otaqlı mənzillərin qiyməti – 53
941 manatdan başlayır,
3 otaqlı mənzillərin qiyməti – 69
084 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 91
770 manatdır.
Qeyd: Mənzillərin satış qiymətinə
ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti
hesabına aldıqda:
Vətəndaş
mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli
ipoteka krediti vəsaiti hesabına aldıqda kreditin şərtləri:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||||
Studio tipli |
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
4 otaqlı |
|||
4% |
3-30 il |
10% |
143-145 manat |
143-145 manat |
232 manat |
297-314 manat |
394 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək,
4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən
vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış
qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə
əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti
hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin
satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı |
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat) |
Studio tipli |
33 222 |
3 322 |
29 900 |
1 |
33 222 |
3 322 |
29 900 |
2 |
53 941 |
5 394 |
48 547 |
3 |
69 084 |
6 908 |
62 176 |
4 |
91 770 |
9 177 |
82 593 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir. |
Yasamal Yaşayış
Kompleksinin ikinci mərhələsinin www.yasamal2.mida.gov.az internet səhifəsinə
daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü,
qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla
tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə
müvafiq hesablamalar aparmaq mümkündür.
Güzəştlə mənzil əldə
etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim
olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri,
agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet
səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı,
Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış
ola bilərlər.