27.07.2009

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

27 iyul 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 3 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi 2 dəfədən çox üstələyərək 10 977 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm (5 mln. manat) tam yerləşdirilmişdir. Beləliklə, dövriyyəyə buraxılmış təmin edilmiş istiqrazların həcmi 25 mln. manata çatmışdır