Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən
ipoteka kreditlərinin həcmi cari ilin yanvar ayının 13-də 2 000 000 000 manatı
keçmişdir. 2006-cı ildən fəaliyyətə başlayan ipoteka kreditləşməsi mexanizmi çərçivəsində
bugünədək 37000-ə yaxın ailə mənzil təminatının yaxşılaşdırılmasına nail
olmuşdur.
Hazırda
dövlətin əsas sosial prioritetlərindən biri olan mənzil təminatı mexanizmlərinin
təkmilləşdirilməsi və əhali üçün əlçatanlığının artırılması Fondun qarşısına
qoyduğu əsas məqsədlərdəndir.
İpoteka
kreditləşməsi sisteminin fəaliyyət göstərdiyi son 15 il ərzində davamlı dövlət
dəstəyi sayəsində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan əhali
qrupları üçün effektiv və səmərəli maliyyələşmə mexanizmi formalaşdırılmışdır.
İpoteka
kreditləri üzrə əlverişli faiz dərəcələrinin qorunub saxlanılması, dövlət
qarşısında xüsusi xidmətləri olan şəxslər üçün güzəştli ipoteka proqramlarının
tətbiqi bu mexanizmin sosial dövlət proqramı olaraq kifayət qədər uğur
qazanmasına səbəb olmuşdur. Güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi
üçün davamlı olaraq dövlət büdcəsindən vəsaitlərin ayrılması təmin edilmişdir.
İpoteka
kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.
İpoteka
kreditləşməsi mexanizmində ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq yeniliklərin
tətbiqi, eləcə də kredit şərtlərinin ölkə üzrə maliyyə-iqtisadi konyuktura və
mövcud reallıqlar nəzərə alınmaqla əhalinin tələblərinə uyğunlaşdırılması
istiqamətində tədbirlərin görülməsi bu gün də davam etdirilir. Əhaliyə xidmət səviyyəsinin
artırılması, şəffaflığın təmin edilməsi məqsədilə 2015-ci ildən etibarən vətəndaşların
müraciətlərinin qəbulundan ipoteka kreditləri üzrə ödənişlərin qəbulunadək
proseslərin tam avtomatlaşdırılması həyata keçirilmişdir.
Fond
2022-ci ildə də fəaliyyət istiqamətlərinə uyğun olaraq əhalinin mənzil təminatı
sahəsində öz fəaliyyətini davam etdirəcəkdir.