14.08.2009

Azərbaycan İpoteka Fondunun Mətbuat Xidmətinin məlumatı

 Azərbaycan İpoteka Fondunun Mətbuat Xidmətinin məlumatı


 
Azərbaycan İpoteka Fondunun Mətbuat xidməti bildirir ki, 1 iyun 2009-cu il tarixindən ölkədə ipoteka kreditləşməsi bərpa olunduqdan sonra 600   nəfərə yaxın vətandaşa ümumi həcmi 25 mln.manat təşkil edən ipoteka krediti verilmişdir. Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 100 mln.manatı keçmişdir. Nəticədə 2600-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olmuşdur. 

Göründüyü kimi, AİF-in xətti ilə müvəkkil kredit təşkilatları tərəfindən əhalinin  ipoteka kreditləri ilə təmin edilməsi stabil və aktiv şəkildə davam edir.