25.11.2021

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini “BB+/stabil” səviyyəsində təsdiq edib

“25” noyabr 2021-ci il tarixində “Fitch Ratings” agentliyi tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun  uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BB+/stabil” səviyyəsində təsdiq edilmişdir.

 

Reytinqin “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması əsas etibarilə Fondun  dövlətə məxsus olması, yaradıldığı gündən etibarən fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət olunması və davamlı dəstəklənməsi,  Fondun ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olması ilə əlaqədardır.

 

Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, məqbul likvidlik mövqeyini xüsusi qeyd etmişdir.  Agentlik hesab edir ki, orta müddətli dövrdə də Fond  maliyyə dayanıqlığını, portfelin yüksək keyfiyyəti və likvidliyini qoruyub saxlayacaqdır.

 

Fitch Ratings agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.

 

Aşağıdakı keçid vasitəsilə Fitch Ratings Agentliyinin təqdim etdiyi press-relizlə tanış ola bilərsiniz. 

 

 

https://www.fitchratings.com/research/international-public-finance/fitch-affirms-azerbaijan-mortgage-credit-guarantee-fund-at-bb-outlook-stable-25-11-2021