Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən
Gəncə Yaşayış Kompleksinin 8 saylı binası üzrə 33, 9 saylı binası üzrə 34, 10
saylı binası üzrə 11, 11 saylı binası üzrə 14, 12 saylı binası üzrə 15, 15
saylı binası üzrə 44 və 18 saylı binası üzrə 37 mənzilin, ümumilikdə 188
mənzilin satışı 23 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30
dekabr 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 27
dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il
tarixi saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr
2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət”
portalı üzərində (www.e-gov.az)
“Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron
kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron
kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən
asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.“Güzəştli
mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən
mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana
səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq
mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa ümumilikdə 188 mənzil çıxarılır. Bütün
mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil
olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif
olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət
Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla
bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza
Baş İdarəsinin 02.03.2020-ci il tarixli 29004, 17.12.2019-cu il tarixli 28607
nömrəli müsbət rəyləri mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı
Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair
“hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış”lar verilmişdir.
Satışa çıxarılacaq mənzillər:
Bina № |
Binanın yerləşdiyi |
Binada |
Binaya giriş |
Mənzillərin |
Mənzillərin |
Mənzillərin daxili |
Mənzillərin xarici |
Baş podratçı / |
Tikinti-quraşdırma və |
8 |
565,92 |
12 |
1 |
3 |
33 |
75,83 - 76,79 |
89,52 - 90,96 |
“Araz İnşaatçı” MMC / Bakı şəhəri, Nərimanov rayonu,
Həsənoğlu küçəsi, məhəllə 851, mənzil
10/86 |
12.11.2021 |
9 |
565,92 |
12 |
1 |
3 |
34 |
75,83 - 76,79 |
89,52 - 90,96 |
||
10 |
797,21 |
9 |
2 |
4 |
11 |
96,1 - 96,67 |
111,31 - 111,37 |
“Hünər-İnşaat” Firması / Bakı şəhəri, Xətai rayonu,
Gəncə prospekti, ev 97, mənzil 63 |
27.08.2021 |
11 |
797,21 |
9 |
2 |
4 |
14 |
96,1 - 96,67 |
111,31 - 111,37 |
||
12 |
797,21 |
9 |
2 |
4 |
15 |
96,6 - 96,67 |
111,37 |
||
15 |
565,92 |
12 |
1 |
3 |
44 |
75,17 - 76,79 |
89,52 - 90,96 |
“GM Construction” MMC (“Faktor Qrup-S” QSC ilə
konsorsium) / Bakı şəhəri, Nizami rayonu,
Heydər Əliyev prospekti, ev 189 |
12.11.2021 |
18 |
781,84 |
9 |
2 |
2 |
28 |
56,78 - 56,84 |
68,34 - 68,57 |
“HN Construction” QSC / Bakı şəhəri, Binəqədi rayonu,
Binəqədi şossesi, ev 185, m. 14 |
12.11.2021 |
3 |
9 |
74,73 - 74,78 |
87,05 |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə,
həm də öz vəsaiti hesabına ödəniş
üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil
İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə
əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş
üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində
yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
2 otaqlı mənzillərin qiyməti – 48 263 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 63 521 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka
və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||
2 otaqlı |
3 otaqlı |
4 otaqlı |
|||
4% |
3-30 il |
10% |
207-208 manat |
273-281 manat |
351-353 manat |
* Aylıq ödəniş – mənzil 10%
ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka
krediti ilə alındıqda. |
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti
vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən
məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına
birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən
vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı |
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra mənzilin
satış qiyməti (manat) |
2 |
48 263 |
4 826 |
43 437 |
3 |
63 521 |
6 352 |
57 169 |
4 |
81 685 |
8 168 |
73 517 |
Qeyd: Mənzillərin satış
qiymətinə ƏDV daxildir. |
Gəncə Yaşayış Kompleksinin www.gence.mida.gov.az internet
səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının)
dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında
məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları
vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər
mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə
qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə
ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya
müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə
“108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.