Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan
Respublikası Prezidentinin 2017-ci
il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı
məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma
predmeti Fondun işçilərinin istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi
hallarından icbari
sığortalanmasıdır. Satınalma müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar
(işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə və müvafiq sahə
üzrə normativ aktların tələblərinə uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma
müqaviləsinin icra müddəti 3 il ərzində həyata keçiriləcəkdir.
Satınalma
ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və sənədlərin
təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi
yazılı qaydada aparılacaqdır.
Malgöndərənlərin (podratçıların)
ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il
ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas
göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum
olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının
məhkəmə qaydasında qadağan edilməməsi;
-
sığorta fəaliyyəti üzrə lisenziyaya malik olması.
Təklifin qiymətləndirilməsi meyarları
aşağıdakılardır:
- Maliyyə amili – 80 bal:
80 bal ən aşağı qiymət verən iddiaçıya
verilir, digər iddiaçıların maliyyə amili isə ən aşağı qiymət verən iddiaçının
qiymət təklifi həmin iddiaçının qiymət təklifinə bölünüb 80-ə vurulmaqla
müəyyən edilir;
-
Zəruri
texniki və keyfiyyət xüsusiyyətləri – 20 bal: xidmətlərin keyfiyyəti 10 bal, xidmətlər
üzrə şərtlər 10 bal. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı
təklif verən iddiaçıya müvafiq meyar üzrə maksimum bal verilir.
Təklifin qiymətinə bütün xərclər (o cümlədən nəqliyyat, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət
təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin
(podratçıların) minimal sayı 3 olmalıdır.
Satınalmada iştirak etmək üçün malgöndərənlər 25
(iyirmi beş) manat məbləğində tenderdə iştirak haqqını
Fondun aşağıdakı hesabına ödədikdən sonra Əsas şərtlər toplusunu əldə edə
biləcəklər:
Azərbaycan Respublikasının İpoteka və
Kredit Zəmanət Fondu
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi
Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 17
noyabr 2021-ci il saat 18.00-dək Fondun
ünvanına təqdim edilməlidir:
-
Satınalmada iştirak
etmək üçün ərizə;
-
İştirak haqqının ödənilməsini
təsdiq edən bank sənədi;
-
İddiaçının hüquqi
statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə
və ya reyestrdən çıxarış, VÖEN, lisenziya) surətləri;
-
Satınalma təklifini
və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini
təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
-
İddiaçının iş təcrübəsini
təsdiq edən sənədlərin surətləri;
-
İddiaçının son bir
ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki)
maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;
-
Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti
orqanından arayışlar;
- İddiaçının “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri
meyarlarına uyğun gəlməsi barədə iltizam.
Satınalma
zamanı təqdim olunacaq məlumatlar, habelə təkliflər Azərbaycan dilində
olmalıdır. Təkliflər və təkliflərin
qiymətlərinin 1 faizi həcmində bank zəmanəti
25 noyabr 2021-ci il saat 18.00-dək Fondun ünvanına təqdim edilməlidir.
Hər bir iddiaçı yalnız bir təklif verə bilər. Təklifdə onun hansı satınalma
üzrə olduğu, təklifin qüvvədə olma müddəti və təklifin tarixi (sənədin tarixi)
qeyd olunmalıdır.
Satınalma üzrə zərflər 26 noyabr 2021-ci
il saat 15.00-da Fondun ünvanında açılacaqdır.
Əlavə məlumat almaq üçün
əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 195),
Faks: (+99412) 598-11-77.
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə
düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar təsdiqinin
prosedurları müəyyən edilmir.
Fond
təklifləri qiymətləndirərkən və müqayisə edərkən satınalmanın əsas şərtlər
toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər
üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən
qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir.
___________________________ Satınalmalar Komissiyası