11.10.2021

İKZF-nin istiqrazlarının 40 mln. manatlıq emissiyası yerləşdiriləcək

13 oktyabr 2021-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 40,000 000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının Emissiya prospekti 5 oktyabr 2021-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 40,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.