Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il
25 dekabr tarixli 1760 nömrəli
Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı
məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma predmeti daşınmaz əmlaklarda təmir
səviyyəsinin saxlanması üzrə işlərdir. Satınalma müqaviləsi Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş
“Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun
olaraq yazılı formada bağlanacaqdır. Satınalma
müqaviləsinin icra müddəti 1
il ərzində həyata keçiriləcəkdir. İşlər qaimə-faktura əsasında təhvil
verildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçiriləcəkdir.
Satınalma
ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və
sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi
elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə
təşkil ediləcəkdir. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların
özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə
əlaqə saxlanılacaqdır.
Malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
- öz
əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə
qabiliyyəti olması;
- müflis
elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun
olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs
olmaması;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud olmaması (müvafiq dövlət qurumlarından
alınır);
- satınalma
prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini
idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma
müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə
əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə
fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
- tikinti-quraşdırma
işləri üzrə lisenziyaya və ya icazəyə malik olması.
Elektron
satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas
götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər
meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Tender
təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
Qiymət
amili – 80 bal;
Zəruri
texniki və keyfiyyət xüsusiyyətləri – 20 bal, o cümlədən işlərin keyfiyyəti 10
bal, işlər üzrə şərtlər 10 bal.
Təkliflərin
qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir:
məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər
malgöndərənlərin maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət
təklifi həmin malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən edilir.
Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən
malgöndərənə müvafiq meyar üzrə maksimum bal verilir.
Təklifin qiymətinə bütün xərclər (o
cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət
təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan
malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.
Elektron satınalmaya buraxılış və qoşulma
qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet
portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak etmək üçün
malgöndərənlər 100 manat məbləğində tenderdə iştirak haqqını dövlət
satınalmalarının vahid internet portalı vasitəsilə Fondun hesabına
ödəməlidirlər. İştirak haqqı heç bir halda
geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 30 sentyabr
2021-ci il 10.00-dək dövlət satınalmalarının vahid internet portalında
yerləşdirilməlidir:
- Tenderdə
iştirak etmək üçün ərizə;
- İştirak
haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında
şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, lisenziya) surətləri;
- Tender
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- İddiaçının
iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- İddiaçının
son bir ildəki (əgər daha az müddət fəaliyyət
göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank
tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq
icra hakimiyyəti orqanından arayışlar;
- İddiaçının
mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar
göstəricilərini əks edən məlumatlar;
- İddiaçının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri
meyarlarına uyğun gəlməsi barədə iltizam.
Elektron
satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu
Azərbaycan dilində olmalıdır. Təkliflər
və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti 8 oktyabr 2021-ci
il saat 18.00-dək dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməli, təklifin təminatının əsli Satınalan təşkilatın Bakı şəhəri,
Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasına təqdim edilməlidir.
Hər bir iddiaçı tender üzrə yalnız bir təklif verə bilər. Tender
təklifləri Azərbaycan dilində təqdim edilməlidir. Tender təklifində onun hansı
tender üzrə olduğu, tender təklifinin qüvvədə olma müddəti və tender təklifinin
tarixi (sənədin tarixi) qeyd olunmalıdır.
Elektron satınalma 11 oktyabr
2021-ci il tarixində saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır.
Elektron satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını
məxfi saxlayacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu
il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə görə satınalmaların
nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron
qaydada Satınalmalar komissiyasına göndərilir. Satınalmalar komissiyası təqdim
olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır və “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
qiymətləndirərək qərar qəbul edir, qərarı həmin gün gücləndirilmiş elektron
imza vasitəsilə imzalayır və portalda yerləşdirir. Tenderin nəticələri haqqında
yekun protokol Satınalmalar komissiyanın
bütün üzvləri tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalandıqdan
sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aidiyyəti üzrə
göndərilir.
“Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ
hüquqi aktlara istinadlar və bu sənədləri dövlət satınalmalarının vahid
internet portalının qanunvericilik hissəsindən (https://etender.gov.az/laws)
və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların
vahid internet elektron bazasından http://e-qanun.az/
əldə etmək olar.
Malgöndərənlərlə
(podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat
mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəzifəsi və
ünvanı Təchizat
departamentinin Ekspertiza və təmir şöbəsinin rəisi Adil Sadıqov, iş telefonu
və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 226), Faks: (+99412) 598-11-77.
Bakı şəhəri, Bülbül prospekti 40 (Fondun ünvanı).
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə
düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı
formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar
təsdiqinin prosedurları müəyyən edilmir. Tenderin qalibi tərəfindən satınalma müqaviləsinin 5%-i
həcmində Əsas şərtlər Toplusuna 4 №-li
Əlavədə göstərilən bank zəmanəti formasında müqavilənin yerinə
yetirilməsi təminatı təqdim olunmalıdır
Fond
tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər
toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli işlər üzrə
tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni işlərin təklif edilən
qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq
edəcəkdir. Tender yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
iştirakı ilə keçiriləcəkdir.
Satınalmalar Komissiyası