07.09.2021

İpoteka və Kredit Zəmanət Fondu elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna avtonəqliyyat vasitələrinin satın alınması ilə bağlı açıq tender üsulu tətbiq edilməklə keçirilmiş elektron satınalma başa çatmışdır. Tenderdə bəndlər üzrə bölünmə nəzərdə tutulduğundan, tender üzrə “Autouniversal” MMC ilə 3 sentyabr 2021-ci il tarixli AV-109/21 nömrəli və “Toyota Gəncə Mərkəzi” MMC ilə isə 3 sentyabr 2021-ci il tarixli AV-09/21 nömrəli satınalma müqavilələri bağlanmışdır.

Satınalmalar Komissiyası