19 avqust 2021-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 55,000,000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.
Mərkəzi Bank
tərəfindən “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun sənədsiz adlı,
faizli ipoteka istiqrazlarının Emissiya prospekti 02 avqust 2021-ci il tarixində qeydə alınıb.
Emissiyanın ümumi həcmi 55,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000
AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Emissiya prospektinə
əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi
ilə keçirilib.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.