Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan
Respublikası Prezidentinin 2017-ci
il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə
ətraflı məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma predmeti çap qurğularıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar
(işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun olaraq
yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti 2 ay ərzində həyata keçiriləcəkdir. İddiaçı malları Fondun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında
yerləşən inzibati binasında təyin edilmiş yerə öz nəqliyyat vasitəsi ilə
daşımalı və təhvil verməlidir. Mallar təyin edilmiş ünvana
çatdırıldıqdan və qaimə-faktura əsasında təhvil verildikdən sonra 5 iş günü
ərzində ödəniş həyata keçiriləcəkdir.
Satınalma
ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və
sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi
elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə
təşkil ediləcəkdir. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların
özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə
əlaqə saxlanılacaqdır.
Malgöndərənlərin (podratçıların)
ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsinin icrasını təmin etmək üçün
müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının,
işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə
son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan)
vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
(müvafiq dövlət qurumlarından alınır);
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5
il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas
göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum
olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının
məhkəmə qaydasında qadağan edilməməsi;
-
müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata
keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq
lisenziyaya və ya icazəyə malik olması.
Elektron
satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas
götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər
meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Tender təklifinin
qiymətləndirilməsi meyarları aşağıdakılardır:
-
Qiymət amili – 80 bal;
-
Zəruri texniki və keyfiyyət xüsusiyyətləri – 20
bal, o cümlədən malların keyfiyyəti 10 bal, mallar üzrə şərtlər 10 bal.
Təkliflərin
qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir:
məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər
malgöndərənlərin maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət
təklifi həmin malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən
edilir. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən
malgöndərənə müvafiq meyar üzrə maksimum bal verilir.
Təklifin qiymətinə bütün xərclər (o
cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət
təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin
(podratçıların) minimal sayı 3 olmalıdır.
Elektron satınalmaya buraxılış və qoşulma
qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı
haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak etmək üçün malgöndərənlər 25 manat
məbləğində tenderdə iştirak haqqını dövlət satınalmalarının vahid internet
portalı vasitəsilə Fondun hesabına ödəməlidirlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 06 sentyabr
2021-ci il 10:00-dək dövlət
satınalmalarının vahid internet portalında yerləşdirilməlidir:
- Tenderdə
iştirak etmək üçün ərizə;
- İştirak
haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında
şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;
- Tender
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- İddiaçının
iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- İddiaçının
son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə,
bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş
arayış və bank rekvizitləri;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq
icra hakimiyyəti orqanından arayışlar;
- İddiaçının
mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar
göstəricilərini əks edən məlumatlar;
- İddiaçının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri
meyarlarına uyğun gəlməsi barədə məktub.
Elektron
satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə tender təklifləri Azərbaycan
dilində olmalıdır. Təkliflər və
təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti 14 sentyabr 2021-ci il saat 18:00-dək dövlət satınalmalarının
vahid internet portalında yerləşdirilməli, təklifin təminatının əsli Satınalan
təşkilatın Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasına təqdim edilməlidir. Hər bir
iddiaçı tender üzrə yalnız bir təklif verə bilər. Tender təklifində onun hansı
tender üzrə olduğu, tender təklifinin qüvvədə olma müddəti və tender təklifinin
tarixi (sənədin tarixi) qeyd olunmalıdır.
Elektron satınalma 15 sentyabr
2021-ci il tarixində saat 10.00-da dövlət
satınalmalarının
vahid internet portalında açılacaqdır. Elektron
satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını məxfi
saxlayacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu
il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının
vahid internet portalı haqqında Əsasnamə”yə görə satınalmaların nəticələri
avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada Satınalmalar
komissiyasına göndərilir. Satınalmalar komissiyası təqdim olunan tender
təkliflərini daxil olduqları ardıcıllıqla açır və “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirərək
qərar qəbul edir, qərarı həmin gün gücləndirilmiş elektron imza vasitəsilə
imzalayır və portalda yerləşdirir. Tenderin nəticələri haqqında yekun protokol Satınalmalar
komissiyanın bütün üzvləri tərəfindən gücləndirilmiş
elektron imza vasitəsilə imzalandıqdan sonra dövlət satınalmalarının vahid
internet portalı vasitəsilə aidiyyəti üzrə göndərilir.
“Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ
hüquqi aktlara istinadlar və bu sənədləri dövlət satınalmalarının vahid
internet portalının qanunvericilik hissəsindən (https://etender.gov.az/laws) və
ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid
internet elektron bazasından http://e-qanun.az/ əldə etmək olar.
Malgöndərənlərlə (podratçılarla)
vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan
satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı: İnformasiya
texnologiyaları şöbəsinin rəisi Mətin Hacıyev, iş telefonu və faks nömrəsi:
(+99412) 441-24-23 (daxili 133), Faks: (+99412) 598-11-77. Bakı şəhəri, Bülbül
prospekti 40 (Fondun ünvanı).
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə
düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı
formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar
təsdiqinin prosedurları müəyyən edilmir.
Fond
tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər
toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar
üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif
edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir. Tender
yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçiriləcəkdir.
___________________________
Satınalmalar Komissiyası