10 iyun 2021-ci il
tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50,000 000 manat
həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının
yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə
satışa çıxarılacaq.
Mərkəzi Bank
tərəfindən “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz,
faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 16 aprel 2021-ci il tarixində qeydə alınıb.
Emissiyanın ümumi həcmi 50,000,000 AZN, bir istiqrazın nominal
dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya
prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası”
QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli
Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.