Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ
şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış
Kompleksinin 1 saylı binası üzrə 13, 4 saylı binası üzrə 36, 5 saylı binası üzrə
87, 6 saylı binası üzrə 30, 7 saylı binası üzrə 77, 8 saylı binası üzrə 16, 9 saylı binası üzrə 16, 10 saylı binası üzrə 16 və 11
saylı binası üzrə 16 mənzilin,
ümumilikdə 307 mənzilin satışı 1 iyul 2021-ci il tarixində saat 11:00-da
başlayacaq və 15 iyul 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 6 iyul 2021-ci il
tarixində saat 11:00-da başlayacaq və 15 iyul 2021-ci il tarixi saat 11:00-dək
davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr
2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət”
portalında (www.e-gov.az)
yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata
keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə
sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib
olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı
olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli Mənzil” sistemindən istifadə qaydası ilə
bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az
və www.mida.az
internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə
ümumi məlumat:
Satışa 307 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli,
mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və
elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət
Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla
bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin
08.05.2018-ci il tarixli 25318, 26.10.2018-ci il
tarixli 26212 və 30.11.2018-ci il tarixli
26411 nömrəli müsbət rəyləri mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Bina № |
Binanın yerləşdiyi |
Binada |
Binaya giriş |
Mənzillərin |
Mənzillərin |
Mənzillərin daxili |
Mənzillərin xarici |
Baş podratçı / |
Tikinti-quraşdırma və |
1 |
7076,02 |
7 |
18 |
1 |
5 |
37,9 - 38,6 |
47,84 - 48,75 |
“HN Construction” MMC
(binanın 1-ci və 3-cü seksiyaları) / Bakı şəhəri, Binəqədi
rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14; “Perlit” MMC (binanın
4-cü və 5-ci seksiyaları) / Gəncə şəhəri, Azərbaycan
Dövlət Aqrar Universitetinin yataqxanası, ev 6 |
29 dekabr 2019-cu il |
2 |
7 |
51,2 - 61,2 |
62,58 - 74,28 |
||||||
3 |
1 |
72,8 |
88,15 |
||||||
4 |
7076,02 |
7 |
18 |
1 |
13 |
37,9 - 39,2 |
47,85 - 49,96 |
“Akkord Sənaye Tikinti
İnvestisiya Korporasiyası” ASC (binanın 3-cü və 4-cü
seksiyaları) / Bakı şəhəri, Nərimanov
rayonu, Ağa Nemətulla küçəsi, ev 1937-ci məhəllə |
31 mart 2020-ci il |
2 |
23 |
51,3 - 68 |
65,45 - 83,52 |
||||||
5 |
7076,02 |
7 |
18 |
1 |
26 |
37,9 - 39,2 |
47,7 - 49,96 |
“Merkuri-İnşaat” MMC
(“Conco” MMC ilə konsorsium) (binanın 1-ci və 2-ci
seksiyaları) / Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64,
mənzil 143; “Araz İnşaatçı” MMC (binanın 3-cü, 4-cü və
5-ci seksiyaları) / Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, məhəllə
851, mənzil 10/86 |
28 fevral 2020-ci il; 29 mart 2020-ci il |
2 |
59 |
49,9 - 69,3 |
61,39 - 84,11 |
||||||
3 |
2 |
67,2 - 67,5 |
84,99 - 85,88 |
||||||
6 |
7076,02 |
7 |
18 |
1 |
9 |
37,9 - 38,6 |
48,08 - 48,76 |
“Chinar İnshaat” MMC
(“Caspian Service” MMC konsorsium) (binanın 1-ci seksiyası)
/ Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev
3, mənzil 18; “Mək-An” MMM (binanın
3-cü və 4-cü seksiyaları) / Bakı şəhəri, Nərimanov
rayonu, Əliyar Əliyev küçəsi, ev 26 N; “SNT” İnşaat Şirkəti (AKA
Şirkəti ilə konsorsium) (binanın 5-ci seksiyası) / Bakı şəhəri, Nərimanov
rayonu, Sabit Rəhman küçəsi, ev 28 |
29 dekabr 2019-cu il; 29 mart 2020-ci il; 29 mart 2020-ci il |
2 |
20 |
50,9 - 64,1 |
61,9 - 78,56 |
||||||
3 |
1 |
68,6 |
85,32 |
||||||
7 |
7076,02 |
7 |
18 |
1 |
14 |
38,5 - 38,6 |
47,7 - 48,75 |
“NN Group” MMC (binanın
1-ci və 3-cü seksiyaları) / Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti, ev 41, mənzil 47; “Hünər-İnşaat” Firması
(binanın 4-cü seksiyası) / Bakı şəhəri, Xətai
rayonu, Gəncə prospekti, ev 97, mənzil 63 |
18 iyun 2020-ci il; 18 iyun 2020-ci il |
2 |
34 |
51,1 - 61,1 |
65,15 - 74,15 |
||||||
3 |
29 |
69,4 - 73,3 |
84,39 - 88,15 |
||||||
8 |
652,96 |
10 |
1 |
2 |
16 |
58,1 - 58,9 |
70,64 - 71,12 |
“Chinar İnshaat” MMC
(“Caspian Service” MMC konsorsium) Bakı şəhəri, Nəsimi
rayonu, İzzət Həmidov küçəsi, ev 3, mənzil 18; |
18 iyun 2020-ci il |
9 |
10 |
1 |
2 |
16 |
58,4 - 58,9 |
70,64 - 71,12 |
“Chinar İnshaat” MMC
(“Caspian Service” MMC konsorsium) Bakı şəhəri, Nəsimi
rayonu, İzzət Həmidov küçəsi, ev 3, mənzil 18; |
18 iyun 2020-ci il |
|
10 |
652,96 |
10 |
1 |
2 |
16 |
58,4 - 58,9 |
70,64 - 71,12 |
“Perlit” MMC Gəncə
şəhəri, Azərbaycan Dövlət Aqrar
Universitetinin yataqxanası, ev 6 |
18 iyun 2020-ci il |
11 |
10 |
1 |
2 |
16 |
58,4 - 58,9 |
70,64 - 71,12 |
“Perlit” MMC Gəncə
şəhəri, Azərbaycan Dövlət Aqrar
Universitetinin yataqxanası, ev 6 |
18 iyun 2020-ci il |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən
istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə
nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin
razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs
seçə bilər.
Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli
Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən
vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta
bazar qiymətindən aşağı müəyyən olunmuşdur.
1 otaqlı mənzillərin qiyməti – 32 215 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan
başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka
krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
|||
4% |
3-30 il |
10% |
138-143 manat |
182-253 manat |
245-268 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4%
dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
DİQQƏT! Mənzilə
güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin
ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti
hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti
hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin
satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı |
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat) |
1 |
32 215 |
3 221 |
28 994 |
2 |
42 415 |
4 241 |
38 174 |
3 |
57 120 |
5 712 |
51 408 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə
daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü,
qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında
məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları
vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Qeyd: Güzəştlə mənzil əldə etmək hüququ olan
şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası,
gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent
banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet
səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt
və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.