01.07.2009

İyun ayında 20 vətəndaşa ipoteka krediti verilmişdir

Azərbaycan İpoteka Fondunun Mətbuat xidməti bildirir ki, artıq ölkədə ipoteka kreditləşməsinin bərpasının bir ayı tamam olmuşdur. İyun ayı ərzində müvəkkil kredit təşkilatları tərəfindən adi ipoteka krediti almaq üçün 544, güzəştli ipoteka krediti almaq üçün isə 44 vətəndaşın  rəsmi müraciət ərizəsi qəbul edilmişdir. Daxil olmuş müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 26 mln.manata yaxındır.
İyun ayının 11-dən etibarən artıq ipoteka kreditlərinin verilməsinə başlanılmış və ay ərzində 20  vətəndaşımız ipoteka kreditlərindən faydalanmışdır. Verilmiş kreditlərin məbləği 1 mln manata yaxındır.
2006-cı ilin mart ayında ölkədə ilk dəfə ipoteka kreditləşməsinə start verildiyi vaxt birinci ay ərzində cəmi 4 ipoteka kreditinin verildiyini nəzərə alsaq, cari ildə bu prosesdə daha yüksək dinamikanın müşahidə olunduğunu qeyd etmək olar.