16.04.2021

İpoteka və Kredit Zəmanət Fondu elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortalanması üzrə xidmətlərin satın alınması ilə bağlı aşağıdakı kotirovka sorğusu prosedurunu elan edir.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.

Fondun işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortalanması üzrə xidmətlər 3 il ərzində həyata keçiriləcək.

Qiymət kotirovkaları zərflərinin açılışı proseduru Fondun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasında 03 iyun 2021-ci il saat 15:00-da həyata keçiriləcək.

 

Malgöndərənlərin iddiaçı kimi satınalmada iştirak etməsi üçün aşağıdakı sənədlər 02 iyun 2021-ci il saat 18:00-dək Fondun inzibati binasına təqdim edilməlidir:

-   kotirovka təklifi (Kotirovka sorğusu prosedurunun şərtlərində müəyyən edilmiş formada);

-   iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN) surətləri;

-   kotirovka təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-   Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 195), Faks: (+99412) 598-11-77.

Kotirovka sorğusu prosedurunda qalib müəyyən olunmuş malgöndərən (podratçı) satınalma müqaviləsi məbləğinin 2 faizi həddində satınalma müqaviləsinin yerinə yetirilməsinin bank qarantiyası təqdim etməlidir.

Fond kotirovka təkliflərini qiymətləndirərkən və müqayisə edərkən kotirovka sorğusunun şərtlərinə cavab verən yerli xidmətlər üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir. 

Satınalma müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə və müvafiq sahə üzrə normativ xarakterli aktların tələblərinə uyğun olaraq yazılı formada bağlanacaq.

Kotirovka sorğusu prosedurunun şərtləri Azərbaycan dilində tərtib olunub.

                                      

Satınalmalar Komissiyası