25.06.2009

İpoteka Fondunun Mətbuat Xidmətinin məlumatı

Azərbaycan İpoteka Fondunun Mətbuat xidməti bildirir ki, 1 iyun 2009-cu il tarixindən bu günədək müvəkkil kredit təşkilatları tərəfindən ipoteka krediti almaq məqsədilə müraciət etmiş 500-dən artıq vətəndaşın rəsmi ərizələri qəbul edilmişdir. Daxil olmuş müaraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 22 mln. manatdan çoxdur.

Bildiririk ki, 16 iyun 2009-cu il tarixindən güzəştli ipoteka kreditləri almaq istəyən şəxslərdən ümumi məbləği 1 mln. manata yaxın olan 28 müraciət qəbul edilmişdir.