Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ
şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış
Kompleksinin 1 saylı binası üzrə 4, 2 saylı binası üzrə 22, 3 saylı binası üzrə
52, 4 saylı binası üzrə 23, 6 saylı binası üzrə 159 və 7 saylı binası üzrə 243
mənzilin, ümumilikdə 503 mənzilin satışı 21 aprel 2021-ci il tarixində saat
11:00-da başlayacaq və 30 aprel 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 26 aprel 2021-ci
il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2021-ci il tarixi saat
11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr
2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin
sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron
qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə
sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib
olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı
olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli Mənzil” sistemindən istifadə qaydası ilə
bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi
vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə
ümumi məlumat:
Satışa 503 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli,
mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və
elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət
Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla
bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin
28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət
rəyləri mövcuddur.
Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı
Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət hüquqlarına dair
“hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış”lar verilmişdir.
Bina
№ |
Binanın yerləşdiyi |
Binada |
Binaya giriş |
Mənzillərin |
Mənzillərin |
Mənzillərin daxili |
Mənzillərin xarici |
Baş podratçı / |
Tikinti-quraşdırma və |
1 |
7076,02 |
7 |
18 |
2 |
3 |
51,6 - 56,9 |
62,65 - 70,11 |
“HN Construction” MMC (binanın 1-ci, 2-ci
və 3-cü seksiyaları) / Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi
şossesi, ev 185, mənzil 14; “Perlit” MMC (binanın 4-cü və 5-ci
seksiyaları) / Gəncə şəhəri, Azərbaycan Dövlət Aqrar
Universitetinin yataqxanası, ev 6 |
29 dekabr 2019-cu il |
3 |
1 |
67,2 |
84,9 |
||||||
2 |
7076,02 |
7 |
18 |
1 |
11 |
37,8 - 39,2 |
47,84 - 49,96 |
“NN Group” MMC / Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 41,
mənzil 47 |
02 yanvar 2020-ci il |
2 |
11 |
50,6 - 58,4 |
61,54 - 71,58 |
||||||
3 |
7076,02 |
7 |
18 |
1 |
19 |
37,9 - 39,2 |
47,84 - 49,96 |
“Hünər-İnşaat” Firması (binanın 1-ci, 2-ci və 3-cü
seksiyaları) / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti,
ev 97, mənzil 63; “Hovers Group” MMC (binanın 4-cü və 5-ci
seksiyaları) / Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət
küçəsi, ev 73 |
29 dekabr 2019-cu il |
2 |
32 |
50,6 - 63,1 |
61,48 - 76,49 |
||||||
3 |
1 |
69,5 |
85,05 |
||||||
4 |
7076,02 |
7 |
18 |
1 |
6 |
38,5 - 38,6 |
47,7 - 48,75 |
“K.E.-İnşaat” MMC (binanın 1-ci və 2-ci
seksiyaları) / Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə
küçəsi, ev 122; “Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası” ASC (binanın 5-ci seksiyası) / Bakı
şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 1937-ci məhəllə |
29 mart 2020-ci il; 29 dekabr 2019-cu il |
2 |
17 |
50,6 - 61,1 |
61,48 - 74,15 |
||||||
6 |
7076,02 |
7 |
18 |
1 |
19 |
37,9 - 39,2 |
47,7 - 49,96 |
“Chinar İnshaat” MMC (“Caspian Service” MMC konsorsium) (binanın 1-ci və 2-ci
seksiyaları) / Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov
küçəsi, ev 3, mənzil 18; “Mək-An” MMM (binanın 3-cü seksiyası) / Bakı şəhəri, Nərimanov rayonu, Əliyar
Əliyev küçəsi, ev 26 N |
29 dekabr 2019-cu il |
2 |
121 |
49,9 - 69,3 |
61,48 - 84,11 |
||||||
3 |
19 |
67,2 - 73,3 |
84,39 - 88,15 |
||||||
7 |
7076,02 |
7 |
18 |
1 |
20 |
37,9 - 38,8 |
47,85 - 48,8 |
“NN Group” MMC (binanın 2-ci və 3-cü
seksiyaları) / Bakı şəhəri, Yasamal rayonu, Tbilisi
prospekti, ev 41, mənzil 47; “Hünər-İnşaat” Firması (binanın 4-cü və
5-ci seksiyaları) / Bakı şəhəri, Xətai rayonu, Gəncə
prospekti, ev 97, mənzil 63 |
18 iyun 2020-ci il |
2 |
157 |
49,9 - 69,3 |
61,39 - 84,11 |
||||||
3 |
66 |
67,2 - 73 |
84,9 - 87,86 |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən
istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə
nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin
razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs
seçə bilər.
Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli
Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən
vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta
bazar qiymətindən aşağı müəyyən olunmuşdur.
1 otaqlı mənzillərin qiyməti – 32 130 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan
başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti
hesabına aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
|||
4% |
3-30 il |
10% |
138-143 manat |
182-253 manat |
245-268 manat |
* Aylıq
ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə
güzəştli ipoteka krediti ilə alındıqda. |
DİQQƏT! Mənzilə
güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin
ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti
hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti
hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin
satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı |
Mənzilin
qiyməti (manat) |
Əlavə endirim
məbləği (manat) |
Əlavə
endirimdən sonra mənzilin satış qiyməti (manat) |
1 |
32 130 |
3 213 |
28 917 |
2 |
42 415 |
4 241 |
38 174 |
3 |
57 120 |
5 712 |
51 408 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər
bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və
əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və
güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq
mümkündür.
Qeyd: Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər,
mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə
qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar
barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində
və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə),
habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.