Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il
25 dekabr tarixli 1760 nömrəli
Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı
məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma predmeti mebel avadanlıqlarıdır. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş
“Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun
olaraq yazılı formada bağlanacaq. Satınalma müqaviləsinin icra müddəti 2 ay ərzində həyata
keçiriləcək. İddiaçı malları Fondun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında
yerləşən inzibati binasında təyin edilmiş yerə öz nəqliyyat vasitəsi ilə
daşımalı və təhvil verməlidir. Mallar
təyin edilmiş ünvana çatdırıldıqdan və qaimə-faktura əsasında təhvil
verildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçiriləcək.
Satınalma
ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və
sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi
elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə
təşkil ediləcəkdir. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların
özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə
əlaqə saxlanılacaq.
Malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsinin icrasını təmin etmək üçün
müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının,
işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə
son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan)
vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
(müvafiq dövlət qurumlarından alınır);
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5
il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas
göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum
olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının
məhkəmə qaydasında qadağan edilməməsi;
-
müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata
keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq
lisenziyaya və ya icazəyə malik olması.
Elektron
satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas
götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər
meyarlar əsasında həyata keçiriləcək. Müvafiq prosedurlar “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Tender
təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
-
Qiymət amili – 80 bal;
-
Zəruri texniki və keyfiyyət xüsusiyyətləri – 20
bal, o cümlədən malların keyfiyyəti 10 bal, mallar üzrə şərtlər 10 bal.
Təkliflərin
qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir:
məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər
malgöndərənlərin maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət
təklifi həmin malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən
edilir. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən
malgöndərənə müvafiq meyar üzrə maksimum bal verilir.
Təklifin qiymətinə bütün xərclər (o
cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət
təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan
malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.
Elektron satınalmaya buraxılış və qoşulma
qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet
portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak etmək üçün
malgöndərənlər 100 manat məbləğində tenderdə iştirak haqqını dövlət
satınalmalarının vahid internet portalı vasitəsilə Fondun hesabına
ödəməlidirlər. İştirak haqqı heç bir halda
geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 16 aprel
2021-ci il 10:00-dək dövlət satınalmalarının vahid internet portalında
yerləşdirilməlidir:
- Tenderdə
iştirak etmək üçün ərizə;
- İştirak
haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında
şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;
- Tender
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- İddiaçının
iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- İddiaçının
son bir ildəki (əgər daha az müddət fəaliyyət
göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank
tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq
icra hakimiyyəti orqanından arayışlar;
- İddiaçının
mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar
göstəricilərini əks edən məlumatlar;
- İddiaçının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri
meyarlarına uyğun gəlməsi barədə məktub.
Elektron
satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu
Azərbaycan dilində olmalıdır. Təkliflər
və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti 26 aprel 2021-ci il
saat 18:00-dək dövlət satınalmalarının vahid internet portalında
yerləşdirilməlidir. Hər bir iddiaçı tender üzrə yalnız bir təklif verə
bilər. Tender təklifləri Azərbaycan dilində təqdim edilməlidir. Tender
təklifində onun hansı tender üzrə olduğu, tender təklifinin qüvvədə olma
müddəti və tender təklifinin tarixi (sənədin tarixi) qeyd olunmalıdır.
Elektron satınalma 27 aprel
2021-ci il tarixində saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaq.
Elektron satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını
məxfi saxlayacaq.
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə görə satınalmaların
nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron
qaydada Satınalmalar komissiyasına göndərilir. Satınalmalar komissiyası təqdim
olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır və 1 bank günü
müddətində təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı həmin gün
gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və portalda yerləşdirir.
Satınalmalar komissiyası tenderin nəticələri haqqında yekun protokol tərtib
edir, onu həmin gün komissiyanın bütün üzvləri gücləndirilmiş elektron imza
vasitəsilə imzalayırlar və protokol dövlət satınalmalarının vahid internet
portalı vasitəsilə aidiyyəti üzrə göndərilir.
“Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ
hüquqi aktlara istinadlar və bu sənədləri dövlət satınalmalarının vahid
internet portalının qanunvericilik hissəsindən (https://etender.gov.az/laws)
və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların
vahid internet elektron bazasından http://e-qanun.az/framework
əldə etmək olar.
Malgöndərənlərlə (podratçılarla)
vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan
satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı: Təchizat
departamenti direktorunun müavini-Təsərrüfat şöbəsinin rəisi Fərid Əsgərov, iş
telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412)
598-11-77. Bakı şəhəri, Bülbül prospekti 40 (Fondun ünvanı).
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya
zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı
formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar
təsdiqinin prosedurları müəyyən edilmir.
Fond
tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər
toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar
üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif
edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək. Tender
yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə
keçiriləcək.
___________________________
Satınalmalar Komissiyası