19.06.2009

İpoteka kreditlərinin verilməsinə başlanmışdır

İpoteka kreditlərinin verilməsi bərpa olunduqdan sonra banklara ümumi həcmi 10 mln.manatdan artıq olan yüzlərlə müraciət daxil olmuşdur. Müraciətlərin qəbuluna başlanılmasından çox az vaxt keçməsinə baxmayaraq, artıq banklar tərəfindən bilavasitə ipoteka kreditlərinin verilməsinə başlanılmışdır.

Qeyd etmək lazımdır ki, ipoteka kreditlərinin verilməsi özlüyündə mərhələli prosesdir. Burada borcalanın ödəniş qabiliyyətinin və ipoteka predmetinin qiymətləndirilməsi, ümumilikdə kreditin təhlili, rəsmiləşdirilməsi (alqı-satqı, ipoteka, sığorta müqavilələrinin bağlanması) üçün müəyyən sənədlərin toplanması lazımdır ki, bu da optimal halda 1 ayadək vaxt aparır.