11 mart 2021-ci il tarixində
BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 55,000 000 manat həcmində sənədsiz adlı,
faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac
keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.
Mərkəzi Bank tərəfindən
“Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka
istiqrazlarının baza emissiya prospekti 22 yanvar 2021-ci il tarixində
qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 55,000,000 AZN, bir istiqrazın
nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya
prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası”
QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli
Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.