Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il
25 dekabr tarixli 1760 nömrəli
Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı
məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma predmeti Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fonduna məxsus daşınmaz əmlakların
sığortalanmasıdır. Daşınmaz əmlakların sığortalanması daşınmaz əmlakların könüllü və icbari
sığortası, habelə daşınmaz əmlakların istismarı ilə bağlı mülki məsuliyyətin icbari
sığortasını nəzərdə tutur. Satınalma predmetinin bəndlər
üzrə bölünməsinə yol verilmir. Könüllü sığorta üzrə ödəniş qaydası aylıq
qaydada, icbari sığorta üzrə isə icbari sığortalar haqqında qanunvericiliklə
müəyyən edilmiş qaydada həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq
edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə
uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti
3 il ərzində həyata keçiriləcəkdir.
Satınalma
ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və
sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi
yazılı qaydada aparılacaqdır.
Malgöndərənlərin (podratçıların)
ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsinin icrasını təmin etmək üçün
müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının,
işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə
son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan)
vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
(müvafiq dövlət qurumlarından alınır);
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5
il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas
göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum
olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının
məhkəmə qaydasında qadağan edilməməsi;
-
müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata
keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq
lisenziyaya və ya icazəyə malik olması.
Göstəriləcək xidmətlərə dair texniki tələblərin iddiaçılar
arasında az fərqləndiyini və sığorta haqqında qanunvericiliklə müvafiq qaydada
tənzimləndiyini nəzərə alaraq, təkliflərin qiymətləndirilməsi üçün
meyarlar və hər belə meyarın nisbi qiyməti aşağıdakı kimidir:
- Maliyyə
amili – 80 bal: 80 bal ən aşağı qiymət verən iddiaçıya
verilir, digər iddiaçıların maliyyə amili isə ən aşağı qiymət verən iddiaçının
qiymət təklifi həmin iddiaçının qiymət təklifinə bölünüb 80-ə vurulmaqla
müəyyən edilir;
- Xidmət
amili – 20 bal: Sığorta ödənişinin verilməsi üçün tələb
olunan sənədlərin sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 3 iş
günündən gec olmayaraq sığortaçı sığorta ödənişini həyata keçirərsə 20 bal, 7
iş günündən gec olmayaraq həyata keçirərsə 10 bal, digər halda isə 0 bal.
Təklifin qiymətinə bütün xərclər (o cümlədən vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət
təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin
(podratçıların) minimal sayı 3 olmalıdır.
Satınalmada iştirak etmək üçün malgöndərənlər 1000 (bir min) manat
məbləğində tenderdə iştirak haqqını Fondun aşağıdakı hesabına ödədikdən sonra
Əsas şərtlər toplusunu əldə edə biləcəklər:
Azərbaycan Respublikasının İpoteka və
Kredit Zəmanət Fondu
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi
Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 25 fevral 2021-ci il saat
17:00-dək Fondun ünvanına təqdim edilməlidir:
-
Satınalmada iştirak etmək üçün ərizə;
-
İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-
İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət
qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, lisenziya) notariat
qaydada təsdiq edilmiş surətləri;
-
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə
malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi
barədə əmr);
-
İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
-
İddiaçının əmlak sığortası üzrə korporativ müştəriləri haqqında məlumat;
- Yığılmış
sığorta haqları, həyata keçirilmiş və imtina edilmiş sığorta ödənişləri və
sığorta olunanların iddiaları üzrə məhkəmə mübahisələri haqqında məlumat (Əsas şərtlər
toplusuna 2 nömrəli Əlavə);
-
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə,
bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş
arayış və bank rekvizitləri;
-
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair
yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti
orqanından arayışlar;
-
İddiaçının təkrar sığorta siyasəti barədə ətraflı məlumat və təkrarsığorta
xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta
şirkətinin maliyyə bazarlarına nəzarət orqanının müvafiq reyestrinə daxil edilməsi
barədə məlumat (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata
keçirildikdə də təqdim edilməlidir);
- Son 1
il üzrə maliyyə hesabatları barədə kənar auditorun rəyi;
- İddiaçının
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş ixtisas göstəriciləri meyarlarına uyğun gəlməsi barədə məktub.
Satınalma
zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu Azərbaycan
dilində olmalıdır.
Təkliflər və təkliflərin
qiymətlərinin 1 faizi həcmində bank zəmanəti
05 mart 2021-ci il saat 17:00-dək Fondun ünvanına təqdim edilməlidir.
Hər bir iddiaçı yalnız bir təklif verə bilər. Təkliflər Azərbaycan dilində
təqdim edilməlidir. Təklifdə onun hansı satınalma üzrə olduğu, təklifin qüvvədə
olma müddəti və təklifin tarixi (sənədin tarixi) qeyd olunmalıdır.
Satınalma üzrə zərflər 09 mart 2021-ci
il saat 15.00-da Fondun ünvanında açılacaqdır.
Əlavə məlumat almaq üçün
əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 498-18-01 (daxili 173),
Faks: (+99412) 598-11-77.
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə
düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı formada satınalma müqaviləsi
bağlanacaqdır. Satınalma
müqaviləsi əsasında dövri olaraq hər bir daşınmaz əmlakın
sığorta müqaviləsi imzalanacaqdır. İxtisas
göstəricilərinin təkrar təsdiqinin prosedurları müəyyən edilmir.
Fond
təklifləri qiymətləndirərkən və müqayisə edərkən satınalmanın əsas şərtlər
toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər
üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən
qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir.
Satınalmalar Komissiyası