Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma predmeti “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”ndə ilkin maliyyələşdirilmiş ipoteka kreditləri ilə əlaqədar yeni hesablaşma mexanizminin tətbiqi üzrə xidmətlərdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun olaraq yazılı formada bağlanacaqdır. Xidmət haqqı xidmətlər təhvil verildikdən sonra həyata keçiriləcəkdir. Satınalma müqaviləsinin icra müddəti 3 ay ərzində həyata keçiriləcək.
Satınalma
ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və
sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi
elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə
təşkil ediləcəkdir. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların
özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə
əlaqə saxlanılacaq.
Malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsinin icrasını təmin etmək üçün
müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının,
işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə
son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan)
vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
(müvafiq dövlət qurumlarından alınır);
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5
il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini
yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların
müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan
edilməməsi;
-
müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata
keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq
lisenziyaya və ya icazəyə malik olması.
Elektron
satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas
götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər
meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Tender
təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
-
Qiymət amili – 80 bal;
-
Zəruri texniki və keyfiyyət xüsusiyyətləri – 20
bal, o cümlədən xidmətlərin keyfiyyəti 10 bal, xidmətlər üzrə şərtlər 10 bal.
Təkliflərin
qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir:
məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər malgöndərənlərin
maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət təklifi həmin
malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən edilir. Kəmiyyətlə
ifadə olunan texniki göstəricilər üzrə ən yaxshı təklif verən malgöndərənə
müvafiq meyar üzrə maksimum bal verilir.
Təklifin qiymətinə bütün xərclər (o
cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət
təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan
malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.
Elektron satınalmaya buraxılış və qoşulma
qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet
portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak etmək üçün
malgöndərənlər 150 manat məbləğində tenderdə iştirak haqqını dövlət
satınalmalarının vahid internet portalı vasitəsilə Fondun hesabına
ödəməlidirlər. İştirak haqqı heç bir halda
geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 17 mart
2021-ci il saat 11:00-dək dövlət satınalmalarının vahid internet portalında
yerləşdirilməlidir:
- Tenderdə
iştirak etmək üçün ərizə;
- İştirak
haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında
şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;
- Tender
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- İddiaçının
iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- İddiaçının
son bir ildəki (əgər daha az müddət fəaliyyət
göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank
tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı
keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı
müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının
mövcud olmaması barədə müvafiq icra hakimiyyəti
orqanından arayışlar;
- İddiaçının
mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar
göstəricilərini əks edən məlumatlar;
- İddiaçının ixtisas göstəriciləri meyarlarına uyğun
gəlməsi barədə məktub.
Elektron
satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu
Azərbaycan dilində olmalıdır. Təkliflər
və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti
01 aprel 2021-ci il saat 17:00-dək dövlət satınalmalarının vahid internet
portalında yerləşdirilməlidir.
Hər bir iddiaçı tender üzrə yalnız bir təklif verə bilər. Tender təklifləri
Azərbaycan dilində təqdim edilməlidir. Tender təklifində onun hansı tender üzrə
olduğu, tender təklifinin qüvvədə olma müddəti və tender təklifinin tarixi
(sənədin tarixi) qeyd olunmalıdır.
Elektron satınalma 02 aprel
2021-ci il tarixində saat 11.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır.
Elektron satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını
məxfi saxlayacaq.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu
il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə görə
satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün
elektron qaydada Satınalmalar komissiyasına göndərilir. Satınalmalar
komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır
və 1 bank günü müddətində təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı
həmin gün gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və portalda
yerləşdirir. Satınalmalar komissiyası tenderin nəticələri haqqında yekun
protokol tərtib edir, onu həmin gün komissiyanın bütün üzvləri gücləndirilmiş
elektron imza vasitəsilə imzalayırlar və protokol dövlət satınalmalarının vahid
internet portalı vasitəsilə aidiyyəti üzrə göndərilir.
“Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ
hüquqi aktlara istinadlar və bu sənədləri dövlət satınalmalarının vahid
internet portalının qanunvericilik hissəsindən (https://etender.gov.az/laws)
və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların
vahid internet elektron bazasından http://e-qanun.az/framework
əldə etmək olar.
Malgöndərənlərlə (podratçılarla)
vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan
satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı: İnformasiya
texnologiyaları şöbəsinin rəisi Mətin Hacıyev, iş telefonu və faks nömrəsi:
(+99412) 441-24-23 (daxili 133), Faks: (+99412) 598-11-77. Bakı şəhəri, Bülbül
prospekti 40 (Fondun ünvanı).
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə
düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı
formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar
təsdiqinin prosedurları müəyyən edilmir.
Fond
tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər
toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər
üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif
edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir. Tender
yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçiriləcək.