Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu inzibati binanın və avadanlıqların sığortalanması üzrə xidmətlərin satın alınması ilə bağlı aşağıdakı kotirovka sorğusu elan edir.
Fondun inzibati binasının və
avadanlıqlarının sığortalanması üzrə xidmətlər aşağıdakılardan ibarətdir:
1. inzibati binanın icbari sığortası;
2. inzibati binanın istismarı ilə bağlı
mülki məsuliyyətin icbari sığortası;
3. inzibati binada yerləşən daşınar əmlakın
sığortalanması.
Bəndlər üzrə bölünməyə yol verilmir.
Qiymət kotirovkaları zərflərinin açılışı proseduru Fondun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasında 10 mart 2021-ci il saat 15:00-da həyata keçiriləcək.
Malgöndərənlərin iddiaçı kimi
satınalmada iştirak etməsi üçün aşağıdakı sənədlər 09 mart 2021-ci il saat 18:00-dək
Fondun inzibati binasına təqdim edilməlidir:
- kotirovka
təklifi (Kotirovka sorğusunun şərtlərində müəyyən edilmiş formada);
- iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında
şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN) surətləri;
- kotirovka
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə
son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan)
vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə
müvafiq icra hakimiyyəti orqanından arayışlar.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77.
Kotirovka sorğusu prosedurunda qalib müəyyən olunmuş malgöndərən (podratçı) satınalma müqaviləsi məbləğinin 2 faizi həddində satınalma müqaviləsinin yerinə yetirilməsinin bank qarantiyası təqdim etməlidir.
Fond kotirovka təkliflərini qiymətləndirərkən və müqayisə edərkən kotirovka sorğusunun şərtlərinə cavab verən yerli xidmətlər üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək.
Satınalma müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə və müvafiq sahə üzrə normativ xarakterli aktların tələblərinə uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti 3 il ərzində həyata keçiriləcək.
Kotirovka sorğusunun şərtləri Azərbaycan dilində tərtib olunub.