İpoteka və Kredit Zəmanət Fondu Bakı şəhəri, Bülbül
prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan Respublikası
Prezidentinin 2017-ci
il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə
ətraflı məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma
predmeti dəftərxana mallarıdır. İl
ərzində tələb olunan malların təqdim edilməsi Fondun hər sifarişinə əsasən 3 ay
müddətində icra edilməlidir. İcraçı malları Fondun Bakı şəhəri, Bül-Bül
prospekti 40 ünvanında yerləşən inzibati binasında təyin edilmiş yerə öz
nəqliyyat vasitəsi ilə daşımalı və təhvil verməlidir.
Satınalma
müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral
tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə
satınalma müqaviləsinin nümunəsi”nə uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti
1 il ərzində həyata
keçiriləcək.
Satınalma
ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və
sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi
elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə
təşkil ediləcək. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların özü
arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə
saxlanılacaq.
Malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsinin icrasını təmin etmək üçün
müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının,
işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə
son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan)
vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş
vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (müvafiq
dövlət qurumlarından alınır);
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5
il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas
göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum
olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının
məhkəmə qaydasında qadağan edilməməsi;
-
müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata
keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq
lisenziyaya və ya icazəyə malik olması.
Elektron
satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas
götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər
meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Tender
təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
-
Qiymət amili – 80 bal;
-
Zəruri texniki və keyfiyyət xüsusiyyətləri – 20
bal, o cümlədən malların keyfiyyəti 10 bal, mallar üzrə şərtlər 10 bal.
Təkliflərin qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir: məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər malgöndərənlərin maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət təklifi həmin malgöndərin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən edilir. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxshı təklif verən malgöndərənə müvafiq meyar üzrə maksimum bal verilir.
Təklifin qiymətinə bütün xərclər (o
cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət
təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan
malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.
Elektron satınalmaya buraxılış və qoşulma
qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet
portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron
satınalmada iştirak etmək üçün malgöndərənlər 100 manat məbləğində tenderdə
iştirak haqqını dövlət satınalmalarının vahid internet portalı vasitəsilə
Fondun hesabına ödəməlidirlər. İştirak
haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 15 fevral
2021-ci il 10:00-dək dövlət satınalmalarının vahid internet portalında
yerləşdirilməlidir:
- Tenderdə
iştirak etmək üçün ərizə;
- İştirak
haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- iddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında
şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;
- Tender
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- İddiaçının
iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- İddiaçının
son bir ildəki (əgər daha az müddət fəaliyyət
göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank
tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı
müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının
mövcud olmaması barədə müvafiq icra hakimiyyəti
orqanından arayışlar;
- İddiaçının
mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar
göstəricilərini əks edən məlumatlar;
- İddiaçının ixtisas göstəriciləri meyarlarına uyğun
gəlməsi barədə məktub.
Elektron satınalma 24 fevral
2021-ci il tarixində saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaq.
Elektron satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını
məxfi saxlayacaq.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu
il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə görə
satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün
elektron qaydada Satınalmalar komissiyasına göndərilir. Satınalmalar
komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır
və 1 bank günü müddətində təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı
həmin gün gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və portalda
yerləşdirir. Satınalmalar komissiyası tenderin nəticələri haqqında yekun
protokol tərtib edir, onu həmin gün komissiyanın bütün üzvləri gücləndirilmiş
elektron imza vasitəsilə imzalayırlar və protokol dövlət satınalmalarının vahid
internet portalı vasitəsilə aidiyyəti üzrə göndərilir.
Elektron
satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu
Azərbaycan dilində olmalıdır. Təkliflər
və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti
23 fevral 2021-ci il 17:00-dək dövlət satınalmalarının vahid internet
portalında yerləşdirilməlidir.
Hər bir iddiaçı tender üzrə yalnız bir təklif verə bilər. Tender təklifləri
Azərbaycan dilində təqdim edilməlidir. Tender təklifində onun hansı tender üzrə
olduğu, tender təklifinin qüvvədə olma müddəti və tender təklifinin tarixi
(sənədin tarixi) qeyd olunmalıdır. Təklifdə iddiaçının bu elanda müəyyən edilən
ixtisas göstəricilərinə cavab verməsi qeyd edilməlidir.
“Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ
hüquqi aktlara istinadlar və bu sənədləri dövlət satınalmalarının vahid
internet portalının qanunvericilik hissəsindən (https://etender.gov.az/laws) və
ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid
internet elektron bazasından http://e-qanun.az/framework əldə
etmək olar.
Malgöndərənlərlə (podratçılarla)
vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan
satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı: Təchizat departamenti
direktorunun müavini – Təsərrüfat şöbəsinin rəisi Fərid Əsgərov, iş telefonu və
faks nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77. Bakı
şəhəri, Bülbül prospekti 40 (Fondun ünvanı).
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə
düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və satınalma
müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral
tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə
satınalma müqaviləsinin nümunəsi”nə uyğun olaraq yazılı formada bağlanacaqdır. İxtisas
göstəricilərinin təkrar təsdiqinin prosedurları müəyyən edilmir.
Fond
tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər
toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar
üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif
edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir. Tender
yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçiriləcək.