Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ
şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış
Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 121, 5 saylı binası
üzrə 260 və 6 saylı binası üzrə 93 mənzilin, ümumilikdə 501 mənzilin satışı 18
dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il
tarixi saat 11:00-dək davam edəcək.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 22
dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il
tarixi saat 11:00-dək davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr
2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət”
portalında (www.e-gov.az) yaradılmış “Güzəştli
mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə
sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib
olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı
olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. “Güzəştli Mənzil”
sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və
video formatlı təlimatlarla www.mida.gov.az və
www.mida.az internet saytlarının
ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə
ümumi məlumat:
Satışa ümumilikdə 501 mənzil çıxarılır. Bütün mənzillər
tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla),
su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət
Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla
bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin
08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı
Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət hüquqlarına dair
“hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış”lar verilmişdir.
Bina № |
Binanın yerləşdiyi |
Binada mərtəbə |
Binaya giriş |
Mənzillərin |
Mənzillərin |
Mənzillərin daxili |
Mənzillərin xarici |
Baş podratçı / |
Tikinti-quraşdırma və |
1 |
7076,02 |
7 |
18 |
1 |
9 |
37,9 - 38,8 |
47,7 - 48,82 |
“HN Construction” MMC (binanın 1-ci və 3-cü
seksiyaları) / Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi
şossesi, ev 185, mənzil 14 “Perlit” MMC (binanın 4-cü və 5-ci
seksiyaları) / Gəncə şəhəri, Azərbaycan Dövlət Aqrar
Universitetinin yataqxanası, ev 6 |
29 dekabr 2019-cu il |
2 |
15 |
49,9 - 63,1 |
61,9 - 76,49 |
||||||
3 |
3 |
69,4 - 72,8 |
86,18 - 88,15 |
||||||
4 |
7076,02 |
7 |
18 |
1 |
26 |
37,9 - 39,2 |
47,85 - 49,96 |
“Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası” ASC (binanın 3-cü və 4-cü seksiyaları) / Bakı şəhəri, Nərimanov rayonu, Ağa
Nemətulla küçəsi, ev 1937-ci məhəllə |
31 mart 2020-ci il |
2 |
90 |
49,9 - 68 |
61,39 - 83,52 |
||||||
3 |
5 |
67,2 - 72,1 |
84,99 - 86,68 |
||||||
5 |
7076,02 |
7 |
18 |
1 |
40 |
37,9 - 39,2 |
47,7 - 49,96 |
“Merkuri-İnşaat” MMC (“Conco” MMC ilə konsorsium) (binanın 1-ci və 2-ci
seksiyaları) / Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,
ev 64, mənzil 143; “Araz İnşaatçı” MMC (binanın 3-cü,
4-cü və 5-ci seksiyaları) / Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi,
məhəllə 851, mənzil 10/86 |
28 fevral 2020-ci il; 29 mart 2020-ci il |
2 |
191 |
49,9 - 69,3 |
61,39 - 84,11 |
||||||
3 |
29 |
67,2 - 73,3 |
84,39 - 88,15 |
||||||
6 |
7076,02 |
7 |
18 |
1 |
13 |
37,9 - 39,1 |
48,08 - 49,96 |
“MƏK-AN” MMM (binanın 4-cü seksiyası) / Bakı şəhəri, Nərimanov rayonu, Əliyar
Əliyev küçəsi 26N; “SNT” İnşaat Şirkəti (AKA Şirkəti ilə
konsorsium) (binanın 5-ci seksiyası) / Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman
küçəsi, ev 28 |
29 mart 2020-ci il |
2 |
70 |
49,9 - 68 |
61,39 - 83,52 |
||||||
3 |
10 |
67,5 - 73 |
85,32 - 87,86 |
Satış şərtləri və qiymətlər:
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən
istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə
nəzərdə tutulub.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin
sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın
5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin
razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs
seçə bilər.
1 otaqlı mənzillərin qiyməti – 32 215 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan
başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka
krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
|||
4% |
3-30 il |
10% |
138-143 manat |
182-253 manat |
245-268 manat |
* Aylıq ödəniş – mənzil
10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka
krediti ilə alındıqda. |
DİQQƏT! Mənzilə
güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin
ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti
hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti
hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin
satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı |
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra
mənzilin satış qiyməti (manat) |
1 |
32 215 |
3 221 |
28 994 |
2 |
42 415 |
4 241 |
38 174 |
3 |
57 120 |
5 712 |
51 408 |
Qeyd: Mənzillərin satış
qiymətinə ƏDV daxildir. |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə
daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü,
qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında
məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları
vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Qeyd: Güzəştlə mənzil əldə etmək hüququ olan
şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası,
gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent
banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet
səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt
və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.