İpoteka və Kredit Zəmanət Fonduna internet xidmətlərinin satın alınması ilə bağlı kotirovka sorğusu başa çatıb.
Kotirovka sorğusu üzrə “Delta Telekom Ltd” MMC ilə 09 oktyabr 2020-ci il tarixli 3391 nömrəli satınalma müqaviləsi bağlanıb.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.