03.10.2020

İKZF Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

İpoteka və Kredit Zəmanət Fondu (Fond) Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayrılması barədə qərar qəbul edib.

Fondun əməkdaşları könüllü qaydada bir aylıq əməkhaqqı məbləğində vəsaiti ordumuza maliyyə dəstəyi olaraq ianə ediblər.

Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.