İpoteka və Kredit Zəmanət Fondu internet xidmətlərinin satın alınması ilə bağlı kotirovka sorğusu elan edir.
Satınalma üzrə prosedurlar 10 sentyabr 2020-ci il tarixində saat 11.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:
Kotirovka sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək. Satınalmanın icra müddəti: Fonda internet xidmətləri 3 (üç) il müddətinə təqdim edilməlidir.
Kotirovka sorğusu Azərbaycan dilində tərtib olunub.
Satınalma üzrə möhürlənmiş, imzalanmış satınalma zərfləri 09 sentyabr 2020-cu il saat 18.00-dək, tələb olunan digər sənədlər isə 26 avqust 2020-ci il saat 18.00-dək İpoteka və Kredit Zəmanət Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 133), Faks: (+99412) 598-11-77.
Satınalmalar komissiyası