Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi
Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış
Kompleksinin 1 saylı binası üzrə 27, 2 saylı binası üzrə 96, 3 saylı binası üzrə
242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin satışı 10
sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci
il tarixi saat 11:00-dək davam edəcək.
“Azərbaycan
Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri
vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 14 sentyabr 2020-ci il
tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək
davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr
2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət”
portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə
elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə
sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib
olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı
olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. “Güzəştli Mənzil”
sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və
video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi
vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan
mənzillər barədə ümumi məlumat:
Satışa ümumilikdə 502 mənzil
çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi
(kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş
vəziyyətdə təklif olunur.
Bina Azərbaycan Respublikasının
Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub.
Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin
28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət
rəyləri mövcuddur.
Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət
hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət
reyestrindən çıxarış”lar verilib.
Satışa
çıxarılacaq mənzillər:
Bina
№ |
Binanın |
Binada |
Binaya |
Mənzillərin |
Mənzillərin |
Mənzillərin
daxili |
Mənzillərin
xarici |
Baş
podratçı / ünvanı |
Tikinti-quraşdırma
və təmir |
1 |
7076,02 |
7 |
18 |
2 |
21 |
50.6
- 58.5 |
61.48
- 71.26 |
“HN
Construction” MMC (binanın 2-ci seksiyası) / Bakı
şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14 |
29
dekabr 2019-cu il |
3 |
6 |
67.2 |
84.9
- 84.95 |
||||||
2 |
7076,02 |
7 |
18 |
1 |
25 |
37.8
- 39.2 |
47.7
- 49.96 |
“NN
Group” MMC / Bakı
şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 41, mənzil 47 |
02
yanvar 2020-ci il |
2 |
71 |
50.6
- 68 |
61.54
- 83.52 |
||||||
3 |
7076,02 |
7 |
18 |
1 |
40 |
37.9
- 39.2 |
47.7
- 49.96 |
“Hünər-İnşaat”
Firması (binanın
1-ci, 2-ci və 3-cü seksiyaları) / Bakı
şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63; “Hovers
Group” MMC (binanın 4-cü və 5-ci seksiyaları) / Bakı
şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 73 |
29
dekabr 2019-cu il |
2 |
184 |
50.6
- 63.1 |
61.48
- 78.56 |
||||||
3 |
18 |
67.2
- 73 |
84.9
- 88.15 |
||||||
4 |
7076,02 |
7 |
18 |
1 |
14 |
38.5
- 38.6 |
47.7
- 48.75 |
“K.E.-İnşaat”
MMC (binanın 1-ci və 2-ci seksiyaları) / Bakı
şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 122; “Akkord
Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC (binanın 5-ci seksiyası) / Bakı
şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 1937-ci məhəllə |
29
mart 2020-ci il; 29 dekabr 2019-cu il |
2 |
101 |
50.6
- 69.3 |
61.48
- 84.11 |
||||||
3 |
22 |
67.2
- 73.3 |
84.39
- 88.15 |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə
etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında
olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən
mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq
qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə
bilər.
Mənzillərin satışı tam olaraq öz
vəsaiti hesabına həyata keçirildikdə vətəndaş satış qiymətinə əlavə 10% endirim
əldə edəcək. Mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların
sayı |
Mənzilin
qiyməti (manat) |
Əlavə
endirim məbləği (manat) |
Əlavə
endirimdən sonra mənzilin satış qiyməti (manat) |
1 |
32
130 |
3
213 |
28
917 |
2 |
43
010 |
4
301 |
38
709 |
3 |
57
120 |
5
712 |
51
408 |
Qeyd: Mənzillərin
satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti
hesabına aldıqda isə mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
1 otaqlı mənzillərin
qiyməti – 32 130 manatdan,
2 otaqlı mənzillərin
qiyməti – 43 010 manatdan,
3 otaqlı mənzillərin
qiyməti – 57 120 manatdan başlayır.
Qeyd: Mənzillərin satış
qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti
hesabına aldıqda kreditin şərtləri:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
|||
4% |
3-30 il |
10% |
138-143 manat |
185-253 manat |
245-268 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş
edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə
alındıqda. |
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən
vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış
qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə
əlavə 10% endirim əldə edəcək.
Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə
daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü,
qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla
tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə
müvafiq hesablamalar aparmaq mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər,
mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə
qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə
ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya
müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə
“108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.