20.07.2020

İKZF-NİN İSTİQRAZLARININ 100 MLN. MANATLIQ EMİSSİYASININ İLK TRANŞI YERLƏŞDİRİLİB

20 iyul 2020-ci il tarixində BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 25,000,000 manat həcmində adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılmış və tam şəkildə yerləşdirilib. 

Azərbaycan Respubliaksı Mərkəzi Bankı tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının Baza Emissiya Prospekti 2 iyul 2020-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3,25% təşkil edir. 

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib.