09.07.2020

İpoteka və Kredit Zəmanət Fondu elan edir

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 28.5-ci maddəsinə əsasən, tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər (podratçı) tərəfindən satınalan təşkilata təqdim olunmalı sənədlərin düzgün və vaxtında təqdim edilmədiyi əsas götürülərək tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) iddiaçı kimi qeydə alınmayıb.

Beləliklə, Qanunun 50-4.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iştirakçıların sayı üçdən az olduğu üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna internet xidmətlərinin satın alınması ilə bağlı açıq tender üsulu tətbiq edilməklə keçirilmiş elektron satınalma proseduru ləğv edilir.

Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxsə (daxili nömrə 133) müraciət etmək olar.

Satınalmalar Komissiyası