10.06.2009

Azərbaycan İpoteka Fondunun məlumatı

Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan İpoteka Fondu bildirir ki, AİF xətti ilə ipoteka kreditlərinin verilməsində yeni və ya köhnə binalarda yaşayış sahəsinin alınmasına hər hansı bir məhdudiyyət yoxdur. Vətəndaşlar mövcud qaydalara əsasən həm ilkin bazarda (yeni binalar), həm də təkrar bazarda (köhnə binalar) ipoteka krediti hesabına yaşayış sahəsi almaq üçün AİF-in müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.

AİF həmçinin bildirir ki, dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin AİF-ə köçürülməsi üçün artıq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Vəsaitin köçürülməsindən dərhal sonra güzəştli ipoteka kreditlərinin verilməsi prosesinə başlanılacaqdır.

İpoteka kreditlərinin verilməsi ilə bağlı bütün məlumatlar AİF-in veb saytında  (www.amf.az) yerləşdirilmişdir. Əlavə məlumatları bu telefonlara zəng etməklə: 441-19-87, 441-47-16, 441-28-24 (daxili telefonlar: 1-23, 1-29), yaxud müvəkkil kredit təşkilatlarına birbaşa müraciət etməklə əldə etmək olar.