18 iyun
2020-ci il tarixində BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 25,000,000 manat
həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac
keçirilib. İstiqrazlar tam həcmdə yerləşdirilib.
Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun adlı,
sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 07 fevral
2020-ci il tarixində təsdiq edilib. Emissiyanın ümumi həcmi 100,000,000 AZN,
bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil
edir.
Baza emissiya
prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond
Birjası" QSC vasitəsi ilə keçirilib.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.