09.06.2020

İKZF-NİN İPOTEKA İSTİQRAZLARININ 100 MLN. MANATLIQ EMİSSİYASININ SONUNCU TRANŞI YERLƏŞDİRİLƏCƏK

 11 iyun 2020-ci il tarixində BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 25,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 008.0833 manat qiyməti ilə satışa çıxarılacaq.

Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 07 fevral 2020-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Baza emissiya prospekti üzrə istiqrazların ilk buraxılışı cari ilin 06 mart tarixində yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.