09.06.2020

İpoteka və Kredit Zəmanət Fondu elan edir

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkə ərazisində xususi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq İpoteka və Kredit Zəmanət Fonduna internet xidmətlərinin satın alınması ilə bağlı Açıq tenderin müddətlərində dəyişikliklər edilib.


Satınalma üzrə ilkin sənədlərin təqdim edilmə tarixi 29 iyun  2020-ci il saat 10.00-dək, təklif zərfləri və təklifin təminatı 07 iyul 2020-ci il saat 18.00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada qəbul ediləcək. Təklif zərfləri 08 iyul 2020-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada açılacaq.

Təklifin qüvvədə olma müddəti 24 avqust 2020-ci il, təklifin təminatının qüvvədə olma müddəti 10 oktyabr 2020-ci il tarixinədək müəyyən edilib.

 Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.

                                               

                                         Satınalmalar komissiyası